“Açarı götürüb kserks elədim” – Qohumunun evini yaran şəxs – VİDEO

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşları mayın 3-də Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində törədilmiş oğurluğun üstünü açıb.

ARB TV xəbər verir ki, evdən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub.

Qeyd edək ki, V. Əsədovun oğurluq etdiyi ev öz qohumuna məxsus olub.

Vüqar Əsədov (saxlanılan şəxs): “Ay yarım bundan öncə qardaşımın qaynı bizə gələndə çantalarından açarı götürüb kserks elədim. Daha sonra ayın ikisi bizə gələndə işdən çıxıb getdim bunlara. Evdən qızılları götürüb çıxdım. Onları da “Laçın” ticarət mərkəzində 2 min manata satdım”.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR