Ağ evə giriş naməlum şəxsə görə bağlanıb

ABŞ-da naməlum şəxs Ağ evin ərazisinə daxil olmağa çalışıb.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, hadisə barədə ABŞ-ın xüsusi xidmətləri “Tvitter” hesabında məlumat yayıb.

“Naməlum şəxs Pensilvaniya avenyunun şimal hissəsində velosipedlər üçün nəzərdə tutulmuş hissədən tullanaraq Ağ evin ərazisinə daxil olmağa çalışarkən saxlanılıb”, – məlumatda deyilir.

Ağ evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla yanaşı, Ərdoğanın hadisəyə qədər Ağ evi tərk etdiyi də qeyd edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR