Almaniya Türkiyədən ABŞ-a şikayət etdi – Diplomatik qalmaqal

Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ-dan Türkiyədə “İncirlik” hərbi bazası ilə bağlı yaşanan mübahisələrdə dəstək istəyib. XəzərXəbər “Reuters”-ə istinadən xəbər verir ki, Qabriel bu istəyini ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı dilə gətirib.

“Biz yenə Türkiyə ilə danışıqlarda amerikalılardan kömək istədik… NATÖ üzrə tərəfdaşlar arasından bizim bir-birimizə təzyiq göstərməyimiz görünməmiş haldır”, – deyə Qabirel bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri alman deputatların “İncirlik” hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməmişdi.
Buna cavab olaraq Almaniya kansleri Angela Merkel İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətində olduğunu bəyan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR