Almaniyada kilsələrdən birində “robot keşiş” dua oxuyacaq – VİDEO

Almaniyada kilsələrin birində dua oxuyan robot yerləşdirilib.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, Almaniyanın Hessend və Nassau yevanqelist kilsəsində keşiş yerinə Bibliyanı oxuyacaq və gələnlərə xeyir-dua verə biləcək robot qoyulub.

Görünüşünə görə insanlardan fərqlənən robot başı və qolları sayəsində keşişləri əvəz edə bilir. Belə ki, “robot keşiş”in bədənində xüsusi monitor yerləşdirilib. Bu monitor vasitəsilə robotun iş rejimini seçmək olur. Kilsəni ziyarət edən insanlar monitor vasitəsilə duaları və səslənmə tipini seçə bilərlər. Dua oxunub bitdikdən sonra “robot keşiş” qolunu yuxarı qaldıraraq “Tanrı səni qorusun” sözlərini işlədir.

Bu təşəbbüs insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunun dini təhqir edən addım olduğunu düşünür. Lakin bütün bunlara baxmayaraq, bu yenilik kilsəyə gəlməyən insanları belə, kilsənin daimi ziyarətçilərinə çevirib.

Onu da qeyd edək ki, İsveçrənin Lüteran kilsəsinin keşişi sosial şəbəkələrin birində tanışlıq üçün qeydiyyatdan keçib. Bu davranışdan sonra keşiş kilsədən uzaqlaşdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR