Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

“Çelsi” klubunun italiyalı baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında (İPL) ötən mövsümün ən yaxşı məşqçisi seçilib.

“Report” xəbər verir ki, bu barədə İngiltərə İPL-nin mətbuat xidmətinin məlumatında bildirilir.

London komandası mövsümün sonunda tarixində beşinci dəfə Premyer Liqanın, altıncı dəfə isə İngiltərə çempionatının qalibi olub. “Çelsi” ikinci yeri tutan “Tottenhem Hotspur”u 7 xal qabaqlayıb. Komanda qazanılan qələbələrin sayına (30) görə də rekord müəyyən edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR