Avropa Osmanlının intiqamını almaq üçün PKK-nı dəstəkləyir: Öcalan

Avropa ölkələrinin PKK-ya verdiyi dəstək ilə bağlı danışan PKK terror təşkilatının keçmiş rəhbərlərindən Osman Öcalan deyib ki, Avropa Osmanlının intiqamını almaq üçün Türkiyədə bir türk-kürd savaşı çıxarmağı hədəfləyir.

PRESSDAY.az Türkiyə mediasına istinadən bildirir ki, PKK lideri Abdulla Öcalanın qardaşı Konsitusiyaya dəyişikliklə bağlı keçirilən referendumda ölknin cənub-şərqinin “bəli” səslərinə verdiyi dəstəklə ilə bağlı bəyanatla çıxış edib.

Xəndək siyasəti nəticəsində Xalqların Demokratik Partiyasının (HDP) səs itirdiyini qeyd edən Öcalan, bölgə xalqının PKK-dan dəstəyini çəkdiyini söyləyib.

Avropa ölkələrinin PKK-ya verdiyi dəstək barədə də danışan Öcalan deyib: “Avropa Osmanlının intiqamını almaq üçün Türkiyədə bir türk-kürd savaşı çıxarmağı hədəfləyir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR