Azərbaycan təhsilinin “qarayarası” Narxoz…

Hər il “Narxoz”da distant təhsildən neçə milyon qazanılır, cənab Ədalət Muradov ?

Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, 70 illik sovet dönəmində bircə dəfə SSRİ Təhsil nazirinin əmri ilə ali məktəb bağlanıb.

365info.az
bildirir ki,bu həmin dövrdə fəaliyyət göstərən Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ( xalq arasında “Narxoz” deyilirdi ), indiki İqtisad Universiteti olub.

Təsəvvür edirsiniz, 70 illik sovet dönəmində bircə dəfə ali məktəb bağlanıb… o da bizim “Narxoz” olub.

İndi bəziləri deyir ki, Əli Abbasov böyük alim olub, gözəl ziyalı olub və s…

Kasıb itinin adını gümüş qoyan kimi.. bizlər kimə gəldi böyük alim, gözəl ziyalı deyirik..

Unutmayaq ki, “Narxoz”un ən rüşvətxor vaxtlarına Əli Abbasov rəhbərlik edib.

Düzdür, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “qoyduğu” Şəmsəddin Hacıyevin rektorluq dönəmində “Narxoz” əsl bazara çevrilmişdi.

Məhz həmin vaxtlarda”Narxoz”da qiyabi təhsili əvəz etmək üçün adına distant təhsil deyilən bir “biznes sahəsi” fəalaiyyətə başladı.

Deməli, ali təhsili olmayan, amma banklarda, icra hakimiyyətlərində və digər dövlət qurumlarında çalışan şəxslər ali təhsil diplomu almaq üçün guya imtahan verərək İqtisad Universitetinin distant təhsil bölümündə müxtəlif fakültələrə daxil olurdular.

Əlbəttə , söhbət böyük miqdarda rüşvətdən gedirdi. Deməli, Təhsil Nazirliyi nümayəndələrinin iştirak etdiyi mötəbər komissiyaya saxta kollec diplomları, saxta iş yerindən arayışlar, saxta əmək kitabçaları, saxta göndərişlər təqdim olunurdu. Və imtahandan sonra fakültəyə qəbul elan olunurdu.

Təsəvvür edirsiniz, hər şey saxta idi.

Sonra Təhsil Nazirliyi nümayəndəsinin iştirakı ilə guya imtahan keçirilirdi. Həmin distant təhsil mərkəzini bitirən yüzlərlə tələbə bu gün müxtəlif nazirliklərdə, dövlət qurumlarında çalışır.

Ortada isə Təhsil Nazirliyi ilə “Narxoz”un rektoru Şəmsəddin Hacıyev milyonlar qazanırdı.

Bu gün də həmin əməllər davam edir. Amma rektor dəyişib.

Bir neçə ildir ki, Şəmsəddin Hacıyev rektor vəzifəsindən azad edilib və rektor vəzifəsinə Ədalət Muradov təyin olunub.

Ədalət Muradov ilk müsahibələrindən birində qeyd edirdi ki, ali məktbin üstündən “NARXOZ” damğasını götürəcəm.

Cənab Muradov! Əli Abbasovun, Şəmsəddin Hacıyevin elədiklərini bu gün siz edirsiniz. Və distant təhsilə məsul şəxs olan Xalidə xanım sizə ən yaxın adamdır.

İndi siz özünüz deyin rəhbərlik etdiyiniz ali məktəbin üzərindən “damğa”nı götürə bilmisinizmi..?

Ardı var…

Anar Asimoğlu

365info.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR