Azərbaycan üzgüçüsü İslamiadanın qalibi olub

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülük növündə ilk medalını qazanıb.

“Report”un məlumatına görə, bu, üzgüçü Maksim Şemberevdir.

Kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmədə Şemberev 15 dəqiqə 7,29 saniyə nəticə ilə birinci yeri tutub. Ondan 33,83 saniyə geri qalan indoneziyalı Aflah Pravira gümüş, liderə 55,47 saniyə uduzan türkiyəli Ediz Yıldırımer bürünc medala sahib olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR