Azərbaycanda 35000 manata “Moskviç” satılır – FOTO

Azərbaycanda 52 ilin “Moskviç”i fantastik qiymətə satışa çıxarılıb.

Qafqaznews.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, “Moskviç 403” markalı avtomobil sosial şəbəkədəki səhifələrdən birində 35 min manata auksiona çıxarılıb.

1965-ci il istehsalı olan avtomobil 1.3 L mühərrikə sahibdir. Sürət qutusu 4 pilləli olan “Moskviç” sıfırdan yığılıb.

Hər bir ehtiyat hissəsinin orijinal olduğu deyilən avtomobil kolleksiyada xüsusi qaraj şəraitində saxlanılır.

Həmin avtomobilin fotolarını təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR