Azərbaycanda gözübağlı bərbər hər kəs mat qoydu – VİDEO

24 yaşlı Goranboyun Qızılhacılı kənd sakini Afiq İsgəndərov 7 ildir ki, sözügedən kənddə bərbər işləyir.

ARB 24 xəbər verir ki, onu həmkarlarından qeyri-adi bacarığı fərqləndirir. Məsələ ondadır ki, Afiq müştərilərin saçını gözü bağlı kəsir. Goranboylu usta qeyri-adi bacarığı ilə bölgədə bir ilk reallaşdırdığını deyir.

Afiq İsgəndərov (bərbər): “3 ildir gözübağlı saç qırxmağı hobbi kimi edirəm. Təzə vaxtı öyrənəndə çətinliklərim oldu. Başqalarından seçilmək üçün bu yola əl atdım. Sonra gördüm ki, alınır. Ülgüclə, maşınla, qayçıyla hər şeylə rahat işləyirəm”.

Afiq o qədər iddialıdır ki, hətta gözlərini müştəriyə bağlatdırır. Həm qayçı, həm də maşınla rahat işləyən bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Gənc bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə onun işindən razı qaldıqlarını bildirirlər. Gənc usta deyir ki, gələcəkdə nə vaxtsa bərbərlər arasında belə bir yarışma keçrilərsə, o yarışda öz bacarığını nümayiş etdirəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR