Azərbaycanlı bəyin gəlinə etdiyi hərəkət Türkiyə mətbuatını da ŞOKA SALDI – VİDEO

Azərbaycanlı bəyin gəlinə qarşı mədəniyyətsiz hərəkəti Türkiyədə də marağa səbəb olub.
Publika.az xəbər verir ki, Bakı restoraların birində keçirilən toyun kadrları Türkiyə mətbuatında da işıqlandırılıb. Video “Bəyin hərəkəti hər kəsi təəccübləndirdi”, – deyə şərh olunub.
Qeyd edək ki, bir neçə gündür ki, sözügedən videoda bəyin gəlinə biganələyi və mədəniyyətsiz “jesti” sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Məsələ ondadır ki, toyda bəylə gəlin tortu kəsdikdən sonra adətən bir-birinə yedizdirir. Gəlin qaşıqla bəyə tort dilimi versə də, bəy eyni hərəkəti təkrar etməyib. Nəticədə isə gəlin tort dilimi özü kəsib yeməli olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR