“Baker Hughes”: ABŞ-da 722 neft quyusu var

ABŞ-da aktiv neft quyularının sayı 722-yə çatıb.

Xezerxeber.az “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 2 ədəd artaraq 722-yə çatıb. Bu, son iki ildəki maksimum göstəricidir. Eyni zamanda, ölkədəki neft quyularının sayı ardıcıl 19 həftədir ki artır.

Yanvarda 522 olan neft quyularının sayı son 19 həftədə təxminən 38 faiz çoxalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR