Bakı-2017: Voleybol yarışlarına start verilir

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.

Trend-in məlumatına görə, bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq.

Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq.

TƏQVİM:

09:00 – 10:35 Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş – İraq)
11:15 – 12:50 Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı – Pakistan)
13:30 – 15:05 Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan – Kamerun)
15:45 – 17:20 Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan – Türkiyə)
18:00 – 19:35 Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya – Türkiyə)
20:15 – 21:50 Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan – Əlcəzair)

Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar.

TƏQVİM:

10:00 – 12:30 Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə – Türkmənistan)
12:30 – 15:00 Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə – Tacikistan)
19:00 – 21:30 Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan – Qırğızıstan)
21:30 – 23:59 Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan – Pakistan)

Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

TƏQVİM:

10:30 – 12:30 Kişilər Komanda Qrup oyunu B3 (Oman – Türkiyə)
12:30 – 14:30 Kişilər Komanda Qrup oyunu A3 (Kamerun – Mərakeş)
16:30 – 18:30 Kişilər Komanda Qrup oyunu B4 (Fələstin – Əlcəzair)
18:30 – 20:30 Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan – Səudiyyə Ərəbistanı)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR