Bakı-Qazax yolunda dəhşətli qəza: Beş nəfər ölüb

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qafqaznews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR