Bakıda polis avtomobili ilə “Porsche” toqquşub: Ölən var – VİDEO

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

Qafqaznews.az  xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR