Bakının gecə klubunda kütləvi dava zamanı ərəb turist döyülüb

Bakıda gecə klubunda kütləvi dava düşüb.

“Report” xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR