“Barselona”ya yeni baş məşqçi təyin olunub

“Atletik Bilbao”nun sabiq rəhbəri Ernesto Valverde “Barselona”ya yeni baş məşqçi təyin olunub.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən xüsusi mətbuat konfransında “göy-qırmızılar”ın prezidenti Xosep Mariya Bartomeu məlumat verib.

Vaxtikən “Barselona”da oynamış (1988-1990-cı illər) 53 yaşlı mütəxəssis bu postda Luis Enrikeni əvəz edib.

Əvvəllər, həmçinin “Espanyol”, “Olimpiakos”, “Vilyarreal” və “Valensiya”nı çalışdırmış Valverde ilə müqavilə iki il müddətinə nəzərdə tutulub.

Onun baş məşqçi qismində təqdimatı iyunun 1-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR