“Bavariya” Almaniya çempionatını pivə “duş”u ilə başa vurub – VİDEO

Münhen “Bavariya”sının futbolçuları Almaniya çempionatının son oyununda da qələbə qazanıblar və növbəti çempionluqlarını bayram ediblər.
“Report” xəbər verir ki, idmançıların bayram şənliyini nümayiş etdirən videogörüntülər klubun “Youtube”dakı rəsmi kanalına yerləşdirilib.
Münhenlilərin “Fraysburq”la 4:1 hesablı qələbə matçından sonra futbolçular və məşqçi heyəti bir-birlərinin üstünə pivə töküblər. Onlar arasında ən fəalları isə Filip Lam və Habi Alonso olub. Bu görüş karyeralarını başa vuran futbolçular üçün sonuncu olub.
Münhen “Bavariya”sı 27-ci dəfə Almaniyanın çempionu adını qazanıb. Klub 2016/17 turnirinin başa çatımasına 3 tur qalmış liderliyə yüksəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR