Bill Qeyts artıq ən varlı ikinci adama çevrilir

Son dövrlərdə kosmos turizm ilə bağlı bir çox işlər aparan “Amazon”un rəhbəri Ceff Bezos öz sərvətilə “Microsoft”un qurucusu Bill Qeytsi ötə bilər.

Oxu.Az Technote.az-a istinadən xəbər verir ki, son vaxtlar “Amazon”un hissə dəyərlərinin qalxması, “Amazon Prime” servisinin daim istifadəçi sayının çoxalmasıyla Bezos artıq 80 milyard dollar sərvətə malikdir.

Şirkətin təkcə son rübdəki satışının dəyəri 35,7 milyarddan çoxdur. Bu göstəricilər ilə yanaşı, C.Bezosun 80 milyard dollarlıq sərvəti olduğunu da nəzərə alsaq, o zaman Qeytsin ən varlı insanların siyahısındakı ilkin pilləni itirəcəyi şübhəsizdir.

Bill Qeytsin sərvətinin hazırkı dəyəri isə 85 milyard dollara yaxındır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR