Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevin 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

“Hörmətli cənab prezident, Azərbaycan Respublikasının milli bayramı – müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm. Möhtərəm cənab prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək. Hörmətli cənab Prezident, sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Çexiya prezidenti Miloş Zeman, Litva prezidenti Dalya Qribauskayte, Avstriya prezidenti Aleksander Van der Bellen, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Əlcəzair prezidenti Əbdüləziz Buteflika, Tacikistan prezidenti Emoməli Rəhmon, Yunanıstan prezidenti Prokopis Pavlopulos, Abu-Dabi vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan, Lüksemburqun Böyük Hersoqu Anri, Fələstin prezidenti Mahmud Abbas, Syerra Leone prezidenti Ernest Bai Koroma,  Mərakeşin Kralı VI Mohammed və Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum təbrik ediblər

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR