Boliviya prezidenti Donald Trampı zalım adlandırıb

Boliviya prezidenti Evo Morales bazar ertəsi amerikalı həmkarı Donald Trampı miqrasiya və xarici siyasətinə görə zalım adlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Dünyada bir zalım varsa, o da Trampdır, çünki o, miqrantlar və qadınlar arasında ayrı-seçkilik salır, həmçinin dünyanın digər ölkələrinə qarşı zorakılıq və müdaxiləyə təhrik edir”, – deyə o bildirib.

Morales bunu Trampın ötən həftə Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ evdə birgə mətbuat konfransı zamanı Venesueladakı vəziyyəti “bəşəriyyət üçün rüsvayçılıq” və “dəhşətli problem” adlandırmasından sonra deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR