Britaniyanın baş naziri parlament seçkiləri ilə bağlı fəaliyyətini təxirə salıb

“Bu, dəhşətli terror aktıdır”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Mey mayın 23-də gecə saatlarında Mançesterdə törədilən partlayışı belə qiymətləndirib.
Tereza Mey bildirib ki, hadisənin bütün detalları araşdırılır.
İnformasiyaya əsasən, krallıqda siyasi partiyalar cari il iyunun 8-də keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniyanı dayandırıb.
Məlumata görə, mayın 23-də Britaniya hökumətinin təcili toplantısı keçiriləcək.
Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR