Bu üsulla xoruldamağa son qoyulacaq

Xoruldamağın qarşısını alan və müalicə edən qulaqcıq hazırlanıb. Bu qulaqcıq heç də xorultunu eşitmək istəməyənlərin qulağına deyil, xoruldayanın öz qulağına taxılacaq.

Qafqaznews.az publika.az-a istinadla xəbər verir ki, qulaqcıq adamın nəfəsini tənzimləməkdə kömək edəcək. Qulaqcıqda yerləşdirilmiş xüsusi cihaz yuxuda nəfəs darlığı yaşanan an beyinin nəfəsi tənzimləyən hissəsinə siqnal ötürəcək.

Qeyd edək ki, dünyada hər beş adamdan biri xoruldayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR