Buffon siqaret çəkərkən yaxalandı – Prosineçki ilə müqayisə olundu+Foto

“Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffonun başı bəladadır.

Təcrübəli əlcək sahibi Turin klubunun Çempionlar Liqasının finala adladığı günün səhəri siqaret çəkərkən fotokameralara yaxalanıb.

Onun fotoları ölkədə səs-küy yaradarkən yerli media ulduz qapıçını Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edib. Həmkarlarımız xorvatiyalı futbolçunu qolkiper üçün “nümunə” göstərib. (Qafqazinfo)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR