Bürclər – 23 MAY

Qoç – uzaq səfərlərə çıxmaq, tanış olmayan yerlərdə istirahət etmək məsləhət deyil. Yeni tanışlarınıza qarşı diqqətli olun. Həm işgüzar, həm şəxsi xarakterli maraqlı təkliflər almağınız mümkündür.
Buğa – bu gün hər şeyə optimist nəzərlərlə baxırsınız, amma bu nikbinliyiniz heç də həmişə özünü doğrultmur: öz gücünüzü və başqalarının imkanlarını düzgün hesablamırsınız.
Əkizlər – işgüzar aktivlik artır. İşdə müxtəlif problemlərin həllinə nail olursunuz. Vəzifənizin və gəlirlərinizin artırılmasına ümid edə bilərsiniz. Sərfəli sövdələşmələr, maraqlı kommersiya təklifləri almağınız mümkündür. Öz biznesinizi yaratmaq, aksiya və digər qiymətli kağızlar almaq üçün yaxşı gündür.
Xərçəng – iş ortaqlarınızı, həmçinin şəxsi münasibət quracağınız insanları diqqətlə seçin. İntuisiyanızın səsinə qulaq asın, o, sizi mümkün səhvlərdən çəkindirəcək.
Şir – xeyli suala cavab tapmalısınız. Bu proses çox maraqlı və eyni zamanda ibrətamiz olacaq. Siz çox dəyərli təcrübə qazanacaqsınız. Bu gün öyrəndikləriniz tezliklə gərəyiniz olacaq.
Qız – öz təcrübənizlə bölüşün, yaxşı məsləhətlər verin. Uşaqlarla iş, pedaqoji fəaliyyət üçün münasib gündür. Hətta heç ehtiyac duymayan insanlara – məsələn, dostlarınıza, qohumlarınıza, sevdiyiniz adama da nəyisə öyrətməyə çalışırsınız. Bu isə inanın ki, onlara elə də xoş deyil.
Tərəzi – əvvəlcədən planlaşdırdığınız işləri görməyə çalışın. Yeni planları isə hələlik təxirə salın. Onlar sizə maraqlı, sərfəli və asan görünsə də, belə deyil.
Əqrəb – rəhbərliklə mübahisələr mümkündür: deyişmədən qalib çıxmağınız mümkündür, amma uduzan tərəf bunu heç zaman unutmayacaq, əvəzini çıxmağa çalışacaq. Məqsədə çatmaq üçün gərəkli vasitələrdən yararlanın.
Oxatan – yaşlı qohumlarınızla ünsiyyətdə səbrli və təmkinli olun: bu gün tez özünüzdən çıxır, emosiyalarınızı cilovlaya bilmirsiniz. Günün ikinci yarısı səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz güclənə bilər. Fiziki işləri azaldın.
Oğlaq – xeyli işiniz çıxacaq, bunların bəzisi isə heç xoşunuza gəlməyəcək. Bir çox Oxatanlar hiss edirlər ki, öz bacarıqları və istedadlarına uyğun gəlməyən işlərlə məşğuldurlar, bu səbəbdən də əhvalları korlanır. Fikrinizi yayındırmaq, başınızı daha maraqlı bir işlə qatmaq istəyi güclüdür, amma bilirsiniz ki, bunun heç bir faydası olmayacaq.
Dolça – imicinizlə eksperimentlər etməyin. Sizin stilinizə uyğun gəlməyən geyim, kosmetika, ətir almağınız da məsləhət deyil. Yaşayış yerinizdə isə dəyişikliklər edə bilərsiniz: interyer üçün qeyri-adi, ekzotik əşyalar alın.
Balıqlar – sizə xas olmayan ehtiyatsızlıqla qərarlar verirsiniz. Nəticədə elə səhvlər edirsiniz ki, onları aradan qaldırmaq üçün sonra xeyli güc və vaxt tələb olunacaq.
Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR