Cənab İlham Əliyev: “Kim ONLAR-a bu statusu verib cəmiyyətdə?”

Vətəndaş Vüqar Bağırov ONLAR-dan biri, deputat Əhliman Əmiraslanovun oğlu ilə bağlı spikerə və parlament üzvlərinə müraciət etdi

Milli Məclisin sədri cənab Oqtay Əsədova

surəti: Millət vəkillərinə

Hörmətli Sədr !

Hörmətli Millət vəkilləri !

Prezident İlham Əliyev cənabları dəfələrlə bəzi vəzifəli şəxslərə məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.

“Kim ONLAR-a bu statusu verib cəmiyyətdə? Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Möhtərəm Prezidentimiz haqlı olaraq soruşur ki, “ Kim ONLAR-a bu statusu verib cəmiyyətdə?”

Cənab millət vəkilləri!

“ONLAR”dan biri də Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, hazırda sizin həmkarınız, deputat və ən əsası mənim DOĞMA BİBİMİN HƏYAT YOLDAŞI Əhliman Əmiraslanovdur.

Bəli, çoxlarınıza təəccüblü gələcək. Çünki biz bir ailənin üzvləriyik. Belə olan halda mənim şikayət etməyim ən azı milli-mənəvi dəyərlərimizə, ailə münasibətlərimizə ziddir. Axı, dədə-babalarımız da ailənin-evin sirrini kənara çıxartmağı düzgün hesab etməyiblər, ayıb biliblər.

Hörmətli millət vəkilləri!

Mən də baş verənlərə görə xəcalət çəkirəm, amma bu addımı atmağa məcburam. Çünki Əhliman Əmiraslanovun övladı, mənim doğma bibim oğlu, “Azər Türk Med” klinikasının sahibi Azər Əmiraslanov neçə ildir mənim halal pulumu, 1 milyon 534 min dollarımı mənimsəyərək qaytarmır.

Belə ki, möhtərəm Prezidentimizin yerli sahibkarlığın inkişafına dəstək verməyini, iş adamlarına daim qayğı və diqqət göstərməsini nəzərə alaraq 2011-ci ildə Emin Hüseynov adlı iş adamıyla iş birliyinə başlamışdım. Onun təklif etdiyi bir sıra layihələrdə iştirak edirdim.

Bu layihələr Türkiyə və MDB ölkələrin əhatə edirdi. Son layihənin həyata keçirilməsi üçün, mən Emin Hüseynova 3 milyon 500 min ABŞ dolları vermişdim. Lakin layihə ləngidiyi üçün, öz pullarımı geri istədim. Cavabında Emin Hüseynov bildirdi ki, bu pullar onun qohumlarındadır. Problemimi bibim oğlu Azər Əmiraslanova danışdıqda, o, mənə pulumun Emin Hüseynovun qohumlarından alınmasına kömək edəcəyini söz verdi.

Azər Əmiraslanov həqiqətən də 2014-cü ildə Emin Hüseynovun qohumlarından mənim halal pulumu- 3 milyon 500 min dolları ala bildi. Lakin mənə yalnız 2 milyon dollara yaxın pul verdi. Azər Əmiraslanov mənə çatacaq pulun qalan hissəsini – 1 milyon 534 min ABŞ dollarını isə mənimsədi. Mən ona dayıoğlu-bibioğlu olduğumuzu xatırladanda Azər Əmiraslanov dedi ki, qohumluq keçmişdə qalan anlayışdır. Sonra bu məsələyə mənim ailə üzvlərim qarışdı.

Son görüşümüzdə Azər Əmiraslanov ondan pul istədiyim təqdirdə, məni tutduracağı ilə hədələdi. Mənim bibim oğlu olan Azər Əmiraslanovla aramızda heç bir razılaşma olmamışdı, sadəcə qohum kimi mənə kömək edirdi. Həm də halal pulumun geri qaytarılmasına görə az qala pulun 50 faizini mənimsəmək dünyanın heç bir yerində rast gəlinən hal deyil. Mən bu pulu Azər Əmiraslanovla birgə qazanmışdım..?

Həm də baş verənlər ən azı bizim ailə münasibətlərinə yaraşan hal deyil, rüsvayçılıqdır. Görəsən, Azər Əmiraslanov özünü nə hesab edir: avtoritetdir, “razborka” aparandır, nədir ?

Mənim halal pulumun qaytarılmasına bir qohum kimi kömək edib.

Hörmətli millət vəkilləri!

Sizdən xahiş edirəm, deputat Əhliman Əmiraslanova öz həmkarınız kimi müraciət edin ki, mənim halal pulumun qaytarılmasında oğlu Azər Əmiraslanova təsir etsin.

Bir də xahiş edirəm ki, mənim və ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsinə yardımçı olasınız.

Hörmətlə, Vüqar Yusif oğlu Bağırov

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

Yol polisi özü özünü təkzib edir

Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Deputatın oğlu milyon yarıma “kollektor” xidməti göstərir?
Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR
Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)
Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir?
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..? 

Mütəllibovçu Əhliman Əmiraslanov 1993-cü ildə mövqeyini necə DƏYİŞDİ..?

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR