Çin Şimali Koreyanı hədələdi – Koreya yarımadasında gərginlik

Çinin xarici işlər naziri Şimali Koreyanı BMT-nin qətnamələrinə əməl etməyə çağırıb.

Çin xarici işlər naziri Van İ tərəfləri dialoqa səsləyib:

“Hesab edirik ki, tərəflər baş verə biləcək insidentdən yayınacaq və Koreya yarımadasında nüvə silahının yayılmasının qarşısını alacaq. Cənubi Koreyanın yeni höküməti danışıqlara getməlidir. Problemin sülh yolu ilə həlli regionda stabilliyi qorumuş olar”.

Qeyd edək ki, Şimali Koreya son nüvə sınağını 21 mayda keçirib. Raket Yaponiya iqtisadi zonasından 350 km şərqə, Yapon dənizinə düşüb./Metbuat.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR