Daşkəsəndə güclü külək dağıntılara səbəb oldu – FOTO

Bu gün günorta saatlarında Daşkəsən rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

ARB K
əpəz xəbər verir ki, külək əsasən kommunal təsərrüfata ziyan vurub.

Bir neçə yaşayış binasının və fərdi evin dam örtüyü yararsız hala düşüb. Külək çoxillik ağacları və gecə işıqlandırma dirəklərini də aşırıb. Aşan ağaclardan bəziləri avtomobillərin üzərinə düşərək onları yararsız hala salıb.

Hələlik küləyin vurduğu zərərin miqdarı müəyyən edilməyib. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının üzvləri təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi istiqamətində  iş aparır.

  DİGƏR XƏBƏRLƏR