“Dino başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır”

Cənubi Afrika Respublikası millisinin 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyun üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, “Qarabağ”ın hücumçusu Dino Ndlovu milliyə dəvət almayıb.

Yığmanın yeni baş məşqçisi Stuart Bakster yerli mətbuata açıqlamasında Dinoya dəvət göndərməməsinin səbəbəni izah edib və onu diqqətdə saxladığını deyib:

“Futbolçuları izləmək mənim üçün çox vacibdir. Təsadüfi deyil ki,32 ildir məşqçi işimi davam etdirirəm. Dino haqda fikirlərim müsbətdir. Bu cür oynamaqda davam etsə, onu yığmaya çağırmaq haqda ciddi düşünəcəm. İndiki vəziyyətdə bu haqda nəsə demək tezdir. Mən onun oyununu izləyirəm. Düzdür, Dino Azərbaycanda işini layiqincə görür, qollar vurur. Amma başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır. Düzdür, Azərbaycan çempionatı o qədər də zəif deyil, ancaq intizamsızdır. Məncə, seçimimi vicdanla etmişəm”.

Qeyd edək ki, D.Ndlovu CAR millisində 4 oyun keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR