Dollar ucuzlaşdı, avro isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 12-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 11-i ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8508 manatdan 1,8509 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0296 manatdan 0,0298 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4746 manatdan 0,4758 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2027 manatdan 2,1946 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6972 manat olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR