Dollar zəifləyə bilər – PROQNOZ

ABŞ prezidenti Donald Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq.

Qafqaznews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı makroiqtisadiyyat analitiklərinin proqnozunda deyilir.

Qeyd olunur ki, prezidentin iqtisadi təşəbbüslərinin perspektivləri sual doğurur.

D.Tramp infrastrukturun inkişafı və tikintiyə bir trilyon dollar ayıracağını planlaşdırsa da, daha sonra məlum olub ki, bu məbləğ 10 il ərzində təqdim olunacaq.

Ekspertlərin fikrincə, investisiyalar və ölkədəki iqtisadi inkişaf D.Trampın siyasətindən zərər çəkəcək.

Proqnoza görə, ABŞ milli valyutasının yeni prezidentin həyata keçirəcəyi iqtisadi siyasət nəticəsində zəifləməsi mümkün ola bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR