Donald Tramp İsrail baş nazirinin əlini sıxmağı yaddan çıxardı – VİDEO

Bu gün ABŞ prezidenti Donald Tramp İsrailə səfərə gedib. Bu, onun Yaxın Şərq turnesində səfər etdiyi ikinci ölkə olub.

Qafqaznews.az virtualaz.org-a istinadən xəbər verir ki, İsraildə bu ölkənin hökumət başçısı Binyamin Netanyahu ilə görüş zamanı Tramp həmsöhbətinin əlini sıxmağı yaddan çıxarıb. Yalnız prezidenti müşayiət edən qrupdan kiminsə xatırlatmasından sonra Tramp geri qayıdaraq, Netanyahunun əlini sıxıb.

 Həmin hadisənin videogörüntüləri yayımlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR