Donbasda savaş: Ukrayna ordusu itki verdi

Keçən sutka ərzində Ukrayna ordusunun mövqeləri 53 dəfə atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyi yayıb. Nazirlik atəşkəsin pozulması nəticəsində 2 əsgərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, Donbas konflikti 2014-cü ildən bu yana davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR