DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini yad ediblər (FOTO)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu orqanlarda milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.

Qafqaznews.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumat verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR