DTX və DİN Astarada birgə əməliyyat keçirib

Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.

Qafqaznews.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR