Efiopiyanın sabiq səhiyyə naziri ÜST-in yeni baş direktoru oldu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni baş direktoru Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus oldu.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə Dünya Səhiyyə Assambleyasının 70-ci iclasında qəbul edilib.

Bu barədə plenar iclasda rəsmi olaraq elan olunub.

51 yaşlı Tedros Adanom Qebreisus Eritrei və Londonda oxuyub, “İctimai səhiyyə” ixtisası üzrə elmlər doktoru dərəcəsinə malikdir. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edirdi. O, üç namizəd içindən ÜST-in baş direktoru seçilib. Bu qəbildən olan seçkilər ÜST-in rəhbər orqanı olan Dünya Səhiyyə Assambleyasının illik sessiyasında ilk dəfə keçirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR