Ekspert: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən ciddi vasitəçidir

Cənubi Qafqaz Moskvanın birbaşa maraqları dairəsindədir və digər ölkələrin bu bölgədəki münaqişənin həllində fəal iştirak edəcəyini fikirləşmək sadəlöhvlük olardı.

Qafqaznews.az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

Ekspertin sözlərinə görə, Moskva tarixi olaraq Ermənistanın təhlükəsizliyinin təminatçısı olub:

“Ona görə də təəccüblü deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən davamlı və ciddi vasitəçidir. Rusiyanın ən böyük qələbəsi ondan ibarətdir ki, o münaqişənin həlli prosesini tam nəzarətdə saxlayır və Ermənistanın təxribatlarına uymur”.

Ekspert qeyd edib ki, münaqişə tərəflərinin barışması yalnız diplomatik danışıqlar nəticəsində Azərbaycan ərazilərinin qaytarılması təqdirində mümkündür.

Z.Q.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR