Elgiz Əkbər efirdə əsəbiləşib qışqırdı: “Saxlayın! Elə bil bazardasınız” – GƏRGİN ANLAR – VİDEO

ARB TV-nin “Elin gözü” proqramında bu dəfə aparıcı Elgiz Əkbərlə telefon bağlantısına qoşulan xanım arasında mübahisə yaranıb.

 Belə ki, aparıcı, öz fikirlərini bölüşmək üçün qadına imkan yaradıb.

Həyat yoldaşından xəbərsiz uşaqlarını götürüb evi tərk edən qadın, aqressiv şəkildə dayanmadan danışmağa başlayıb. Kişinin əfələrlə üzr istəməsinə baxmayaraq, həyat yoldaşı onu bağışlamayacağını bildirib.

Elgiz Əkbərin “Siz o ixtiyar sahibi deyilsiniz ki, bu kişini uşaqlarından məhrum edəsiniz” sözünə isə qadın bu cavabı verib: “Mənim qızım ağlayıb özünü öldürür ki, məni sevən oğlan 20 il də gözləyə bilərdi, amma ailəm düzələndən sonra”.

Aparıcı bu məsələyə müdaxilə edərək, aranı sakitləşdirmək istəyərkən qadın buna məhəl qoymarayaraq öz fikirlərini səsləndirməyə davam edib. Belə olan təqdirdə isə Elgiz Əkbər əsəbiləşərək “Saxlayın, elə bil bazardasınız” deyərək telefon bağlantısını yarıda kəsib.

 Qeyd edək ki, proqramda 23 yaşlı gəncin ailəsinin elçi getdiyi qız evinin ona söz verərək evliliyə razı olduğu şəxslərin sonradan bu sözlərindən dönərək, “Sən narkomansan, sənə qız vermirik” deməsi, bu təqdirdə isə oğlanın həmin ailədə olan əşya və pullarının geri qaytarmasını tələb etməsi müzakirə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR