Erməni general istefaya göndərilir

Ermənistanın Baş Qərargah rəisinin müavini Haykaz Bağmanyan işdən çıxarılacaq. AzVision.az “Jamanak”a istinadən xəbər verir ki, general Haykaz Bağmanyan mümkün istefası barədə məlumatları təsdiq etməyə tələsmir.

Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistanın Baş qərargah rəisi Movses Hakopyanın 4 müavinindən 3-ü istefaya gedecək.

Haykaz Bağmanyan, Stepan Qalstyan və Aprimovun əvəzinə yeni müavin təyin edilməyəcək.

“Jamanak” Haykaz Bağmanyandan açıqlama almaq istəsə də, o, yalnız bayramlardan sonra bu barədə danışacağını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR