Estoniya iki rusiyalı diplomatı geri göndərdi

Estoniya hakimiyyəti Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennovu və konsulu Sergey Surqayevi “persona non grata” elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə respublika DİN-in mətbuat katibi Sandra Kamilova istinadən “Delfi” məlumat yayıb.

İki rusiyalı diplomatın ölkədən göndərilməsinin səbəblərinə dair Estoniya DİN-i açıqlama verməyib.

Rusiya XİN-i Kazennov və Surqayevin “persona non grata” elan edilməsinə dair şərh verməyib.

“Persona non grata” elan edilən diplomatlar qısa zaman ərzində ölkəni tərk etməlidirlər.

Diplomatların geri göndərilməsi, adətən ya onların xüsusi xidmətlərinin fəaliyyətinə aidiyyəti olması və ya onların təmsil etdikləri ölkənin analoji addımına cavab ilə əlaqədar olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR