Everest dağında üç alpinist ölüb, daha biri itkin düşüb

Everest dağında 3 alpinist ölüb, daha 1-i itkin düşüb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti xəbər verib.

Bildirilir ki, ölənlər ABŞ, Slovakiya və Avstraliya vətəndaşlarıdır. İtkin düşən hindistanlı alpinistin axtarışları davam etdirilir.

Qeyd edək ki, aprelin sonunda 40 yaşlı isveçrəli alpinist Ueli Stek dünyanın ən yüksək zirvəsini fəth etməyəcəhd edərkən ölüb, mayın əvvəlində isə 85 yaşlı Nepal vətəndaşı Bahadur Şerxan Everestə qalxarkən ürək tutmasından keçinib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR