Fərhad Əhmədovun “oğlunun dostu ilə yatan” xanımının fotoları yayıldı

Xəbər verdiyimiz kimi, London məhkəməsi Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu qərarını verib. 61 yaşlı iş adamı isə məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.

Azərbaycan 24 xəbər verir ki, Fərhad Əhmədov açıqlamalarından birində keçmiş həyat yoldaşı ona xəyanət edəndən sonra, 2000-ci ildə ondan boşandığını bildirib.

“Spletnik.ru” saytı artıq günlərdir ki, xəyanət və təzminat xəbərləri ilə gündəmə gələn Tatyana Əmədovanın ilk dəfə şəklini yayıb.

Qeyd edək ki, F. Əhmədov yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki “Aston Martin” avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd “Holland and Holland” tüfəngi daxildir.

Oxumağa dəyər:   Bakı-2017: Azərbaycan atıcısı ikinci qızıl medal qazana bilər

Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).

Fərhad Əhmədov bu il “Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR