Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rənglərində – FOTO

Mayın 28-də İstanbulun Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.

Oxu.Az-ın məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunub.

Ankara vaxtı ilə 20:35-də başlayan aksiya səhər saatlarına qədər davam edib.

Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişib.

Körpüdən keçən yolçular kompozisiyanı maraqla seyr edib xatirə şəkilləri çəkdiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR