Forbes ən bahalı brendlərin siyahısını açıqladı

ABŞ-ın “Apple” şirkəti 2017-ci ildə dünyanın ən bahalı brendləri siyahısında növbəti dəfə liderliyini saxlayıb.

Oxu.Az xəbər verir ki, “Forbes” nəşrinin hazırladığı reytinqə əsasən, şirkət 170 milyard dollar dəyərində qiymətləndirilib.

Korporasiya ən yaxın izləyicisi “Google” şirkətini xeyli geridə qoyub, baxmayaraq ki, “Google” son ildə əhəmiyyətli artım göstərib. “Google” brendi  101,8 milyard dollar məbləğində qiymətləndirilib.

“Microsoft” şirkəti üçüncü (87 milyard dollar), “Facebook” dördüncü (73,5 milyard dollar), “Coca-Cola” isə beşinci yerdə(56,4 milyard dollar) qərarlaşıb.

Məlumata görə, ən çox gəlir əldə edən “Amazon”, “Facebook” və “Starbucks” şirkətləri əldə edib. Satışlardan ən çox itirən isə “IBM”, “HSBC” və “Caterpillar” şirkətləri olub.

S.B.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR