“Ford”un baş direktoru istefa verir

Amerikanın “Ford Motor Co.” avtomobil konserninin baş direktoru Mark Filds istefaya hazırlaşır. Trend-in məlumatına görə, onu bu postda “Ford Smart Mobility LLC” şirkətinin filial rəhbəri Ceyms Cakett əvəz edəcək.

Fildsin istefası barədə rəsmi bəyanat da artıq gözlənilir.

Xəbəri KİV-lərə sızdıran mənbənin bildirdiyinə görə, istefa “Ford”un Direktorlar Şurası sədrinin Fildsə etibarının itməsi ilə bağlıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR