“Gecə idi, görmədim” – “06” inəyi vurub öldürdü – VİDEO

Gecə saatlarında Şəkidə Qırxbulaq kəndi ərazisində avtomobil inəyi vurub.

ARB Şəki xəbər verir ki, Şəkinin Baş Zəyzid kənd sakini Xaləddin Lətifov idarə etdiyi 55-BM-192 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına inək çıxıb.

Xaləddin Lətifov – Baş Zəyzid kənd sakini: “Ani anda inək qabağıma çıxdı. Gecə vaxtı idi heç görmədim. 2 metrdən qabağıma qaçdı”.

Qəza nəticəsində iribuynuzlu heyvan tələf olub, avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR