“Gördüm ağacdan asılıb, götürdüm” – Tapdığı silahı satarkən saxlanıldı – VİDEO

Paytaxtda  Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə əvvəllər məhkum olunmuş şəhər sakini Heydər Murtuzovun odlu silah satmaq niyyətində olması barədə əməliyyat məlumatı daxil olub.

ARB TV xəbər verir ki, polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Murtuzov Zabrat qəsəbəsi ərazisində bir ədəd “AK-74” markalı avtomat silah, 26 ədəd patron və 1 patron darağını 2000 manata satmaq istəyən zaman saxlanılıb.

O, ifadəsində silah-sursatı 26 il bundan əvvəl tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib.

Heydər Murtuzov – Saxlanılan şəxs: “1991-ci ildə Ağdama yük aparıb, qayıdanda meşənin qırağında saxladım. Gördüm avtomat ağacdan asılıb. Maşına qoyub, Bakıya gətirdim.Yağlayıb, büküb, zirzəmiyə qoydum”.

Faktla bağlı cinayət işi açılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR