Gürcüstan turizmdən nə qədər qazanıb?

Cari ilin aprel ayında Gürcüstanı 510 min 594 xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,2% çoxdur.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının açıqladığı məlumatda deyilir.

Ötən ay ərzində qonşu ölkəyə səfər edən xaricilərdən 222 min 622 nəfəri (29,7% artım) ölkə ərazisində 1 sutkadan çox qalıb.

Apreldə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 7,1% artıb.

Bundan başqa, Ukraynadan Gürcüstana səfər edənlərin sayında 27,2%, Rusiyadan 16,5%, Ermənistandan isə 13,2%-lik artım müşahidə olunur.

Avropa İttifaqına üzv olan ölkələrdən Gürcüstana səfər edənlərin sayında da müsbət dinamika qorunmaqdadır.

Apreldə Gürcüstana daha çox Almaniya (+74%), Böyük Britaniya (+51%), Litva (+43%) və Polşa (+26%) vətəndaşları səfər edib.

Ümumilikdə, yanvar-aprel ayları ərzində Gürcüstana 1,7 mln. nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çoxdur.

Qeyd edək ki, 2016-cı ildə Gürcüstanın turizm sektorundan əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib.

Ötən il Gürcüstanın ümumi daxili məhsul istehsalında turizmin payı 7,1% olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR