Havanın hərarəti 28 dərəcəyədək yüksələcək

Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR