HÜCUM BAŞLADI: düşmənə ölümcül zərbə endirilir

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından təmizlənməsi üçün son əməliyyat başlanıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraq təhlükəsizlik gücləri bu gün səhər saatlarında hücuma keçib.
İraq ordusu ötən həftələrdə verdiyi bəyanatında bildirmişdi ki, Mosul Ramazan ayı başlamadan (bu gün Ramazan ayının ilk günüdür – red.) İŞİD-dən təmizlənəcək.
Ancaq şəhərin 4 məhəlləsi hələ də terror təşkilatının əlindədir. Mosul qədim hissəsində müqavimət göstərən İŞİD on minlərlə dinc vətəndaşdan sipər kimi istifadə edir.
Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün əməliyayt 2016-cı il oktyabrın 17-də başlanıb. Şəhəri ikiyə bölən Dəclə çayının şərqindəki məhəllələr bu ilin yanvarında terrorçulardan tamamilə təmizlənib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR